Gülşən Cumayeva ilə “Yerli və Beynəlxalq praktikada korporativ sosial məsuliyyətin tətbiqi və icra mexanizmləri” mövzusunu müzakirə etdik
29 Oktyabr 2022

Bu gün gənclər təşkilatları ilə birlikdə Code Academy-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Gülşən Cumayeva ilə “Yerli və Beynəlxalq praktikada korporativ sosial məsuliyyətin tətbiqi və icra mexanizmləri” mövzusunu müzakirə etdik.
Görüş zamanı korporativ sosial məsuliyyət nədir, yerli və beynəlxalq təcrübə təşkilatların fəaliyyətlərində tətbiq edilmə mexanizmləri kimi mövzular ətrafında müzakirələr aparılmış, sonda isə iştirakçıların ünvanladıqları suallar cavablandırılmışdır.
Dəvətimizi qəbul etdiyi üçün Gülşən Cumayevaya təşəkkürümüzü bildiririk!
Qeyd edək ki, layihə AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.