“Gənc Elçilər” proqramı çərçivəsində növbəti təlimlər sessiyası baş tutub

20 Noyabr 2022

“Gənc Elçilər” proqramı çərçivəsində növbəti təlimlər sessiyası baş tutub

19 noyabr tarixində “Gənc Elçilər” proqramı çərçivəsində növbəti təlimlər sessiyası baş tutub.

İlk təlim BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynov ilə “Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin edilməsində rolu və siyasəti” mövzusunda keçirilib.

İkinci təlim isə Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev ilə baş tutub.

Hər iki təlim zamanı mövzu ətrafında müzakirələr aparılmış və gənc elçiləri maraqlandıran suallar cavablandırılmışdır.

“Gənc Elçilər” proqramı AR Gənclər və İdman nazirliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilir.