“Gənc Elçilər” proqramına müraciət etmiş gənclərin müsahibə mərhələsinə start verilib
1 Noyabr 2022

“Gənc Elçilər” proqramına müraciət etmiş gənclərin müsahibə mərhələsinə start verilib.
Qeyd edək ki, 500 dən çox gəncin müraciət etdiyi proqramın müsahibə mərhələsi daha 3 gün davam edəcək. Odur ki, elektron poçt ünvanlarınızı davamlı yoxlamağı unutmayın.
AR Gənclər və İdman Nazirliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilən proqramın əsas məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək gənc elçilərin yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsidir.