“Gənc qızların əl bacarıqlarının üzə çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunması” layihəsinin təlimləri yekunlaşıb

4 Mart 2023

“Gənc qızların əl bacarıqlarının üzə çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunması” layihəsinin təlimləri yekunlaşıb

Bu dəfə gənc qızlar üçün Gənclər Təşkilatlarının Resurs Mərkəzində bir araya gəldik.

30 gənc qızın iştirak etdiyi təlim çərçivəsində sosial sahibkarlıq, şirkət qurulmasında əsas meyarlar və təqdimat bacarıqları kimi mövzularda müzakirələr aparıb, qrup işləri və vörkşoplar həyata keçirdik. Həmçinin gənclər öz layihələrini təqdim etdilər.

Layihənin məqsədi gənc qadın və qızların bacarıqlarının üzə çıxarılması və onların peşəyə və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi olub.

“Gənc qızların əl bacarıqlarının üzə çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunması” layihəsi AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi -2.0” proqramı çərçivəsində Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən keçirilib.

Qeyd edək ki, layihə çərçivəsində son fəaliyyət olaraq sərgi həyata keçiriləcək.