“Gənc xanımların qərarvericilik prosesinə cəlb olunması" mövzusunda görüş keçirilib

15 Oktyabr 2022

“Gənc xanımların qərarvericilik prosesinə cəlb olunması"  mövzusunda görüş keçirilib

Bu gün gənclər təşkilatları ilə birlikdə “Gənc xanımların qərarvericilik prosesinə cəlb olunması" mövzusu ətrafında müzakirə xarakterli görüşümüz baş tutdu.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova və Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılovanın iştirakı ilə keçirilən görüşdə gənc xanımların sosial və peşəkar həyatdakı rolu müzakirə olunub, həmçinin iştirakçıların ünvanladıqları suallar qonaqlar tərəfindən cavablandırılıb.

Qeyd edək ki, görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü, NAYORA, Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.