Gənclik dönəmində posttravmatik pozuntu mövzusunda görüş keçirildi
30 Oktyabr 2023

Üzv təşkilatımız "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" İB ilə #Birlikdə “Gənclik dönəmində posttravmatik pozuntu" mövzusunda görüşümüz keçirildi.
Klinik psixoloq Şahin Əliyev tərəfindən interaktiv formatda baş tutan görüş zamanı iştirakçılarla posttravmatik pozuntu hallarının aşkar olunması, onlara yol açan səbəblərin aradan qaldırılması və bu halları idarə etməyin yolları kimi mövzular ətrafında müzakirələr baş tutub.