Gənclər arasında “ZƏFƏR KUBOKU” çempionatı layihəsi start götürdü
23 Noyabr 2022

Gənclər arasında “ZƏFƏR KUBOKU” çempionatı layihəsi start götürdü.
Layihə 4 gün müddətində davam edəcək və bu günlər ərzində ümumilikdə 14-29 yaş arası 159 gənc (futbol çempionatı üzrə 74 nəfər, şahmat üzrə 25 nəfər, intellektual oyun üzrə 40 nəfər, atıcılıq üzrə 20 nəfər) layihə iştirakçısı olacaq.
Artıq layihənin ikinci günüdür və futbol, şahmat çempionatları keçirilir. Xatırladaq ki, layihə çərçivəsində baş tutmuş açılış mərasimində NAYORA-nın sədri Azər Əliyev, Ucar rayon Gənclər və İdman idarəsinin və Ucar rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edib.
"Gələcək" İntellektual İnkişafa Yardım İctimai Birliyi tərəfindən keçirilən layihənin əsas məqsədi yeniyetmə və gənclərə vətənpərvərlik hislərini aşılamaq, onların asudə vaxtlarından səmərəli istifadə etməsi, ictimai həyatda rolunun artırılması, ruh yüksəkliyi və vətənini sevən vətəndaş kimi tərbiyə olunmasını təmin etməkdir.
Layihə AR Gənclər Fondunun dəstəyi ilə NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramı çərçivəsində keçirilir.