“Gənclər işçiləri və təlimçiləri üçün qeyri-formal təhsildə şəbəkələşmə” seminarı keçirilib

3 Oktyabr 2022

“Gənclər işçiləri və təlimçiləri üçün qeyri-formal təhsildə şəbəkələşmə” seminarı keçirilib

28-30 sentyabr tarixlərində “Gənclər işçiləri və təlimçiləri üçün qeyri-formal təhsildə şəbəkələşmə” seminarı keçirilib.

3 gün davam edən seminarın məqsədi Azərbaycanda qeyri-formal təhsil və təlim fəaliyyətinin keyfiyyəti, əlçatanlığı ilə bağlı vəziyyəti nəzərdən keçirmək olub. Seminarda həmçinin Avropa Şurasında gənclər işi və qeyri-formal təhsilin əsasını təşkil edən yanaşmalara nəzər salınıb, iştirakçılara qeyri-formal təhsillə bağlı ümumi etik və peşəkar standartlar haqqında məlumat verilib.

Qeyd edək ki, seminar Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə birgə həyata keçirilib.