Gənclər işçiləri və təlimçiləri üçün təlim
6 Sentyabr 2022

Son müraciət tarixi: 15 Sentyabr 2022
Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurasının Gənclər Departamenti ilə birgə 28-30 sentyabr 2022-ci il tarixlərdə gənclər işçiləri və təlimçiləri üçün təlim keçirəcək.
Məqsəd beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycanda gənclərlə iş sahəsində çalışan təlimçilər şəbəkəsinin təkmilləşdirilməsi, qeyri-formal təhsilin keyfiyyətli inkişafına dəstəyin göstərilməsidir.
Təlimdə iştirak etmək istəyən şəxslər 15 senytabr 2022-ci il, saat 18.00-a qədər onlayn ərizə ilə müraciət etməli, eyni zamanda CV və müvafiq sertifikatı/sertifikatları (təlimlərdə iştiraka dair) [email protected] elektron poçt ünvanına göndərməlidir.
Əlaqələndirici şəxs: Zülfiyyə Mustafayeva – Gənclərlə iş şöbəsinin məsləhətçisi
+99412 465-21-55