“Gənclər üçün Vətənpərvərlik və Milli Dəyərlər” layihəsi yekunlaşıb
16 Dekabr 2022
“Gənclər üçün Vətənpərvərlik və Milli Dəyərlər” layihəsi çərçivəsində Bakı Biznes Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin hər birində 25-dən çox gənc üçün təlimlər keçirilib və bununla da layihə yekunlaşıb.
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən keçirilən layihənin məqsədi Azərbaycanın müxtəlif ali və orta ixtisas məktəblərində təhsil alan tələbə-gənclərin vətənpərvərlik tərbiyəsi, milli dəyərlər, dövlətçilik hissləri baxımından bilik və bacarıqlarını artırmaqdan ibarət olub.
Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi ilə NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” Proqramı - 2.0 çərçivəsində keçirilib.