“Gənclər üçün Vətənpərvərlik və Milli Dəyərlər” layihəsi yekunlaşıb

18 Noyabr 2022

“Gənclər üçün Vətənpərvərlik və Milli Dəyərlər” layihəsi yekunlaşıb

“Gənclər üçün Vətənpərvərlik və Milli Dəyərlər” layihəsi çərçivəsində Azərbaycan-Fransız Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin hər birində 25-dən çox gənc üçün təlimlər yekunlaşıb.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən keçirilən layihənin məqsədi Azərbaycanın müxtəlif ali və orta ixtisas məktəblərində təhsil alan tələbə-gənclərin vətənpərvərlik tərbiyəsi, milli dəyərlər, milli düşüncə və dövlətçilik hissləri baxımından bilik, bacarıq və təcrübələrini artırmaqdan ibarət olub.

Qeyd edək ki, AR Gənclər Fondunun dəstəyi ilə NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” Proqramı - 2.0 çərçivəsində keçirilir.