Gənclər Paytaxtı Tovuz şəhərində Gənclər Təşkilatlarının V konqresi davam edir

10 Dekabr 2022

Gənclər Paytaxtı Tovuz şəhərində Gənclər Təşkilatlarının V konqresi davam edir

Gənclər Paytaxtı Tovuz şəhərində keçirilən Gənclər Təşkilatlarının V Konqresi davam edir.

 

Artıq 5-ci dəfədir ki, təşkil edilən Konqresin ilk günü təşkilat nümayəndələrinin şəbəkələşməsi məqsədi ilə tanışlıq sessiyası keçirilib.

 

Tədbirin davamı olaraq Ulu Öndərin Abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunub.

 

Daha sonra isə Aşıq Sənəti Dövlət Müzeyinə infotur təşkil edilərək, təşkilat rəhbərlərinə muzey haqqında məlumat verilib və eksponatlar ilə tanış olublar.

 

Qeyd edək ki, Konqres Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

 

Konqresdən olan görüntüləri sizlə bölüşürük.