“Gənclər siyasətinin planlaşdırılması, inkişafı və təkliflərin toplanmsı” üzrə işçi qrupu ilə görüş keçirilib
16 Aprel 2023

Növbəti görüşümüz “Gənclər siyasətinin planlaşdırılması, inkişafı və təkliflərin toplanmsı” üzrə işçi qrupu ilə baş tutdu.
Proqrama uyğun olaraq NAYORA-nın sədri Azər Əliyev çıxış edərək layihə haqqında ümumi məlumat vermiş, daha sonra Baş katibi Ramin Həbibzadə işçi qruplarının əsasnaməsini təqdim etmişdir.
Görüş ümumi müzakirələr, işçi qrupunun üzvləri tərəfindən gənclər siyasətinin inkişafı və planlaşdırılması ilə bağlı təkliflərin səsləndirməsi, həmçinin təkliflərin toplanması ilə davam etmişdir.
Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Ülviyyə Axundova, İrəli İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin sədri Nail Şükürov, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə, Azərbaycanlı Tələbə və Məzunlar Platformasının İcraçı direktoru Rafael Hacıbəyli, Davam Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Sağlam Düşüncə Gənclər Təşkilatının sədri Sevinc Qasımova, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev işçi qrupunun üzvləridir.
Qeyd edək ki, işçi qrupları AR Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə NAYORA-nın nəzdində yaradılıb.