Gənclər Təşkialtlarının Resurs Mərkəzində məhsuldar görüş keçirilib
28 İyul 2023

NAYORA-nın sədri Azər Əliyev, Baş katibi Ramin Həbibzadə SALTO-nun Şərqi Avropa və Qafqaz üzrə Resurs Mərkəzinin direktoru Andrij Pavlovych, Erasmus milli ofisinin nümayəndəsi Pərviz Bağırov və Sağlam Düşüncə gənclər təşkilatının həmtəsisçisi Ramiz Əliyevlə görüşüb.
Görüş zamanı iki tərəfli əlaqələrin inkişaf etdirilməsi, Avropa İttifaqı tərəfindən həyata keçirilən layihələrdə Azərbaycanlı gənclərin iştirakçılığının aktivləşdirilməsi və ortaq fəaliyyətlərin həyata keçirilməsi müzakirə edilib.