Gənclər təşkilarlarının nümayəndələrinin Təhsil Tələbə Kredit Fondu (TTKF) ilə görüşü keçirilib

16 Sentyabr 2022

Gənclər təşkilarlarının nümayəndələrinin Təhsil Tələbə Kredit Fondu (TTKF) ilə görüşü keçirilib

14 sentyabr tarixində gənclər təşkilarlarının nümayəndələrinin Təhsil Tələbə Kredit Fondu (TTKF) ilə görüşü keçirilib.

Görüş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra işinə başlayıb.

Qeyd edək ki, görüşdə Fondun İdarə Heyətinin sədr müavinləri və Fondun digər üzvləri, Elm və Təhsil Nazirliyinin struktur rəhbərləri, Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.

Görüşün əsas məqsədi tələbələrin təhsilə əlçatanlığını dəstəkləmək üçün öz ətrafında minlərlə gənci birləşdirən gənclər təşkilatlarını Fondun fəaliyyətləri və imkanları barədə məlumatlandırmaq olub.

Fondun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti və gənclərə yaradılan imkanlar” mövzusunda təqdimatla çıxış etmiş, sonda isə gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin ünvanladığı suallar qonaqlar tərəfindən cavablandırılmışdır.