Gənclər təşkilatları ilə #Birlikdə #Bərdəyə səfər etdik
10 Mart 2023

İlk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xiyabanını və Şəhid ailələrini ziyarət etdik.
Daha sonra Bərdə Peşə Liseyində gənclərlə görüşümüz baş tutdu. Görüş zamanı əsasən İkinci Qarabağ Müharibəsindəki qalibiyyətimiz, gənclər olaraq informasiya müharibəsində üzərimizə düşən öhdəliklər kimi mövzuları müzakirə etdik.
Qeyd edək ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq baş tutan görüşün spikerləri NAYORA-nın Baş katibi Ramin Həbibzadə, Davam Gənclər Hərəkatının Baş katibi Nigar Aslanova və NAYORA-nın İdarə Heyətinin üzvü Elvin Hüseynov olub.