Gənclər təşkilatları ilə #birlikdə bu dəfə Gəncə gəncləri ilə görüşdük

2 Yanvar 2023

Gənclər təşkilatları ilə #birlikdə bu dəfə Gəncə gəncləri ilə görüşdük

Proqram çərçivəsində öncəliklə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Daha sonra gənclərlə təşkilat rəhbərlərinin iştirakı ilə görüş baş tutub, gənclər təşkilatlarının regionlarda tanıdılması və sosial bazasının artırılması, gənclər üçün yaradılan imkanlar, region gənclərinin gənclər təşkilatlarının fəaliyyətinə aktiv şəkildə cəlb edilməsi və gənclərlə iş sahəsi üzrə regionda gənclərin ictimai iştirakçılığa təşviq edilməsi kimi məsələlər müzakirə olunub.

Sona doğru iştirakçıların ünvanladığı suallar təşkilat rəhbərləri tərəfindən cavablandırılıb.

Qeyd edək ki, regionlara səfərlərimiz davam edir.