Gənclər təşkilatları ilə #birlikdə bu dəfə İsmayıllı gəncləri ilə görüşdük

26 Dekabr 2022

Gənclər təşkilatları ilə #birlikdə bu dəfə İsmayıllı gəncləri ilə görüşdük

Gənclər təşkilatları ilə #birlikdə bu dəfə İsmayıllı gəncləri ilə görüşdük.

Proqram çərçivəsində öncəliklə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Daha sonra gənclərlə 10 təşkilat rəhbərinin iştirakı ilə görüş baş tutub, gənclər təşkilatlarının regionlarda tanıdılması və sosial bazasının artırılması, gənclər üçün yaradılan imkanlar, region gənclərinin gənclər təşkilatlarının fəaliyyətinə aktiv şəkildə cəlb edilməsi və gənclərlə iş sahəsi üzrə regionda gənclərin ictimai iştirakçılığa təşviq edilməsi kimi məsələlər müzakirə olunub.

Sona doğru iştirakçıların ünvanladığı suallar təşkilat rəhbərləri tərəfindən cavablandırılıb.

Qeyd edək ki, regionlara səfərlərimiz davam edir.