Gənclər təşkilatları ilə #Birlikdə regionlara səfər çərçivəsində bu dəfə yolumuzu #Mingəçevir -dən saldıq

3 Oktyabr 2023

Gənclər təşkilatları ilə #Birlikdə regionlara səfər çərçivəsində bu dəfə yolumuzu #Mingəçevir -dən saldıq

 

İlk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xiyabanını və Şəhid ailələrini ziyarət etdik.

Daha sonra Mingəçevir Gənclər Evində gənclərlə görüşümüz baş tutdu. Görüş zamanı əsasən İkinci Qarabağ Müharibəsindəki qalibiyyətimiz, gənclər olaraq informasiya müharibəsində üzərimizə düşən öhdəliklər kimi mövzuları müzakirə etdik.

Qeyd edək ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq baş tutan görüşün spikerləri “İşıqlı Gələcək” İctimai Birliyinin sədri Samrin Xanlayev, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı və “İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai Birliyinin sədri Azad Mənaflı olub.