Gənclər təşkilatları üçün media çağırışları layihəsinə start verildi

3 Noyabr 2023

Gənclər təşkilatları üçün media çağırışları layihəsinə start verildi

Üzv təşkilatlarımızla #Birlikdə fəaliyyətlərimiz davam edir. 🤩

Beləki, NAYORA və “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB-nin birgə tərəfaşlığı ilə “Gənclər təşkilatları üçün media çağırışları” layihəsinə start verilib.

Gənclər təşkilatlarının iştirakı ilə baş tutan ilk görüşün qonağı jurnalist İsmayıl Yaşaroğlu olub. “Qısamertajlı videoların dili ilə XXI əsrin informasiya çağırışları” mövzusunda keçirilən görüş zamanı müasir dövrün media trendləri, gənclərin informasiya mübarizəsində rolu kimi mövzular müzakirə edilib. İştirakçıların sualları cavablandırılıb.