Gənclər təşkilatları üçün media layihəsinin ilk təlimi baş tutdu

10 Mart 2023

Gənclər təşkilatları üçün media layihəsinin ilk təlimi baş tutdu

 

Belə ki, bu gün gənclər təşkilatlarında fəaliyyət göstərən PR menecerlərlə birlikdə “Uğurlu kommunikasiya strategiyasının qurulması və böhran vəziyyətlərində kommunikasiya” mövzusunda təlimdə iştirak etdik.

Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva ilə baş tutan təlim zamanı PR menecerin rolu, MPR-nin məqsədləri, jurnalistika və PR, onların ortaq və fərqli cəhətləri, “RACE” modeli kimi mövzularda ümumi müzakirələr aparıb, dünyadakı uğurlu PR nümunələrinə nəzər saldıq. Sual-cavab sessiyasında qaranlıq qalan və maraqlı məqamlara aydınlıq gətirdik.

Qeyd edək ki, "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi AR Medianın İnkişafı Agentliyi, AR Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilir.