Gənclər təşkilatları üçün media sahəsi çərçivəsində ikinci təlimi keçirildi
14 Mart 2023

Gənclər təşkilatları üçün media sahəsi çərçivəsində ikinci təlimi keçirildi.
Rəqəmsal Marketinq eksperti Samir Mehdiyevin iştirakı ilə baş tutan təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə “Sosial media bizə nə verir?”, “Sosial medianın ənənəvi mediadan üstünlükləri”, “Sosial media hesablarında düzgün reklamı necə verək”, “Targetinq nədir?” kimi suallara cavab tapdıq, qaranlıq qalan məqamlar ətrafında geniş müzakirələr apardıq.
Qeyd edək ki, "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi AR Medianın İnkişafı Agentliyi, AR Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilir.