Gənclər təşkilatları üçün media sahəsi çərçivəsində üçüncü təlim keçirildi

8 Aprel 2023

Gənclər təşkilatları üçün media sahəsi çərçivəsində üçüncü təlim keçirildi

“Media Təhlil Mərkəzi” İctimai Birliyinin baş mütəxəssisi Yunis Orucovun iştirakı ilə baş tutan təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə ənənəvi və müasir media siyasəti, müasir trendlər, medianın inkişaf prespektivləri kimi mövzular ətrafında müzakirələr apardıq, iştirakçların ünvanladığı sualların cavablandırılması ilə görüş yekunlaşdı.

Qeyd edək ki, "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi AR Medianın İnkişafı Agentliyi, AR Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilir.