Gənclər təşkilatları üçün qrant fürsəti
3 Oktyabr 2022

Son müraciət tarixi: 3 Oktyabr 2022
Gənclər təşkilatları üçün qrant fürsəti.
50.000 avroya qədər qrant fürsətindən yararlanmaq istəyirsinizsə, posta diqqətlə nəzər salıb, infosessiyada iştirak edə bilərsiniz.
Belə ki, MEET UP! “Gənclər Tərəfdaşlıq üçün” proqramı Azərbaycanda gənclər təşkilatları üçün qrant müsabiqəsi elan edib. Proqramın missiyası gənc avropalılar arasında əlaqələri intensivləşdirmək və onların Avropaya fəal inteqrasiyasını gücləndirməkdir. Layihəyə beynəlxalq tərəfdaşların cəlb olunması mütləqdir.
Təklif olunacaq layihələrinin əsas istiqamətləri aşağıdakı mövzulardır:
- Gənclərin fəal iştirakı;
- BMT-nin davamlı inkişaf məqsədləri;
- Böhran, münaqişə, əməkdaşlıq
Qrant elanı ilə bağlı NAYORA tərəfindən 05 oktyabr tarixində, saat 16:00-da infosessiya təşkil olunacaq. İnfosessiyanın məqsədi təşkilatları qranta müraciətlə bağlı məlumatlandırmaq və yaranan sualları cavablandırmaqdır.
Qeyd: Qrant müsabiqəsinə müraciət üçün son tarix: 31 oktyabr 2022-ci ildir.