“Gənclər təşkilatları: Dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik” layihəsini yekunlaşdırdıq

7 Avqust 2023

“Gənclər təşkilatları: Dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik” layihəsini yekunlaşdırdıq

Proqrama uyğun olaraq son gün Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin Proqram menceri Əli İsgəndərli və Milli Debat Proqramının təlimçisi Tərlan Kərimov tərəfindən “Beynəlxalq təmsilçilik” debat simulyasiyası keçirildi. Daha sonra layihənin son fəaliyyəti olan “Situasiyaya uyğun olaraq nitqin formalaşması” vörkşopu baş tutub.

Sonda iştirakçılar sertifikatla təltif olunublar.

Qeyd edək ki, “Beynəlxalq Fəaliyyətlər ayı” çərçivəsində keçirirlən layihə AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.