“Gənclər təşkilatları: Dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik” layihəsinin ikinci günü məhsuldar görüşlərlə davam edib
6 Avqust 2023

Günün növbəti görüşü “BMT-də gənclər üçün yaradılan fürsətlər və informasiya
savadlılığının gənclərin inkişafında rolu” mövzusunda BMT-nin Azərbaycan nümayəndəliyinin məlumatların idarə olunması üzrə məsul şəxsi Gülər Fətəli ilə keçirilib.
Daha sonra isə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumun
Avrasiya Regional Mərkəzinin Baş direktorunun icraçısı Vüsal Qurbanov tərəfindən “Beynəlxalq təşkilat, qurumlarla düzgün kommunikasiya
kanallarının müəyyənləşdirilməsi və əlaqələrin qurulması” mövzusunda sessiya baş tutub.
Qeyd edək ki, “Beynəlxalq fəaliyyətlər ayı” çərçivəsində keçirilən layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə davam edir.