“Gənclər təşkilatları: Dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik” layihəsinin ikinci günündəyik
6 Avqust 2023

“Gənclər təşkilatları: Dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik” layihəsinin ikinci günündəyik.
Belə ki, günün birinci yarısı AR Gənclər Fondunun İcraçı direktorunun müavini Orxan Ərəbovun təqdimatında “Gənclər Fondunun gənclər üçün yaratdığı beynəlxalq imkanlar” mövzusunda sessiya ilə başlayıb.
Daha sonra NAYORA katibliyi tərəfindən Beynəlxalq təmsilçilikdə etik kodeks təqdim edilib. Həmçinin NAYORA-nın Baş katibi Ramin Həbibzadə və Proqram meneceri Jalə Həsənova tərəfindən “A-dan Z-yə beynəlxalq təmsilçilik” vörkşopu keçirilmişdir.
Qeyd edək ki, “Beynəlxalq fəaliyyətlər ayı” çərçivəsində keçirilən layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilir.