Gənclər Təşkilatları: dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik layihəsinin ilk gününü geridə qoyduq

6 Avqust 2023

Gənclər Təşkilatları: dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik layihəsinin ilk gününü geridə qoyduq

“Beynəlxalq Fəaliyyətlər ayı” çərçivəsində keçirilən Gənclər Təşkilatları: dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik layihəsinin ilk gününü geridə qoyduq. 🤩

Şamaxı rayonunda 45 gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirak etdiyi layihənin ilk günü NAYORA-nın sədri Azər Əliyevin açılış nitqi ilə başlamışdır. İlk gün iştirakçıların şəbəkələşməsi üçün komanda quruculuğu oyunlarına xüsusi yer verilib.

Günün ikinci yarısı Sağlam Düşüncə Gənclər Təşkilatının sədri Sevinc Qasımova tərəfindən “Beynəlxalq tədbirlərin araşdırılması və uğurlu müraciət prosesi” mövzusunda təlim sessiyası ilə davam etmişdir.

Qeyd edək ki, 3 gün davam edəcək layihə AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.