Gənclər təşkilatlarının 6 günlük yay təcrübə məktəbinə start verilib

17 Avqust 2022

Gənclər təşkilatlarının 6 günlük yay təcrübə məktəbinə start verilib

Gənclər təşkilatlarının 6 günlük yay təcrübə məktəbinə start verilib.

Proqram çərçivəsində ilk gün NAYORA-nın sədri Azər Əliyevin çıxışı ilə başlamış daha sonra NAYORA-nın Üzv təşkilatlarla iş üzrə katibi Jalə Həsənovanın moderatorluğu ilə iştirakçıların şəbəkələşməsi məqsədilə komanda oyunları keçirilib.

Günün ikinci yarısı gənclərlə işin qurulması və gənclər siyasəti ilə tanışlıq, gənclərlə iş nədir və necə qurulmalıdır, gənclər işçiləri nələri bilməlidir kimi mövzular ətrafında Fəxri Məhəmmədzadənin təqdimatında “Case-Study” baş tutub.

Qeyd edək ki, 50-dən çox gənclər təşkilatının nümayəndələrinin iştirak etdiyi layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.