“Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi - 2.0” proqramı çərçivəsində görüş baş tutub
3 Yanvar 2022

“Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi - 2.0” proqramı çərçivəsində Gənclər Təşkilatlarının Resurs Mərkəzində görüş baş tutub.
Proqramın qalibi olan və layihələri bu il həyata keçiriləcək digər 7 gənclər təşkilatının rəhbər və nümayəndələrinin iştirakı ilə keçirilən görüş zamanı tərəflər arasında müqavilə imzalanmış, həmçinin layihə müddətində hər iki tərəfin öhdəlikləri və layihənin icrası ilə bağlı digər məsələlər müzakirə olunmuşdur.
Qeyd edək ki, proqram AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçiriləcək.