Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0 proqramının bağlanış mərasimi baş tutub

10 Aprel 2023

Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0 proqramının bağlanış mərasimi baş tutub

 

Tədbir şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək proqram haqqında ümumi məlumat vermiş, həmçinin növbəti proqramın elanını etmişdir.

AR Gənclər Fondunun İcraçı direktorunun müavini Qədir Xəlilov və AR Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Həsən Səmədov da çıxış edərək layihə haqqında öz təəssüratlarını bölüşüblər.

Tədbirin sonunda resurs dəstəyi göstərilmiş təşkilatlar mükafatlandırılmış və xatirə fotosu çəkilmişdir.

Məlumat üçün bildirək ki, Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi Proqramı “Şəbəkə” adı ilə yeni layihələrin qəbuluna yaxın zamanda başlayacaq.