Gənclər təşkilatlarının intellektual yarışı keçiriləcək
7 Aprel 2023

Son müraciət tarixi: 7 Aprel 2023
Əziz gənclər təşkilatlarının rəhbər və nümayəndələri,
NAYORA və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər təşkilatlarının intellektual yarışı” keçiriləcək.
Yarışda mübarizə aparmaq istəyən təşkilat 4 nəfərdən (istəkdən asılı olaraq 5 və ya 6 da ola bilər) ibarət komanda ilə qeydiyyatdan keçə bilər.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək yarış Gənclər Təşkilatlarının Resurs Mərkəzində 8 komanda ilə baş tutacaq.
Yarışda iştirak etmək istəyən təşkilatları qeydiyyatdan keçməyə dəvət edirik, gəlin #Birlikdə öyrənək.