Gənclər Təşkilatlarının İntellektual yarışı keçirilib
15 Aprel 2023

Bu gün Gənclər Təşkilatlarının İntellektual yarışı keçirildi.
“Heydər Əliyev İli” çərçivəsində İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi ilə keçirilən yarışda 8 komanda yarışdı.
Komandalar arasından “Böyük Qayıdış” Gənclər Təşkilatı birinci yer, Cavan Gənclər Hərəkatı ikinci yer, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası isə üçüncü yerin qalibi olmuşdur.
Sonda yarışda iştirak edən bütün komandalar sertifikatla, ilk üç yerin qalibləri isə kubokla təltif ediliblər.
İştirak etdikləri üçün gənclər təşkilatlarına təşəkkürümüzü bildiririk.