Gənclər təşkilatlarının PR menecerləri üçün təlim kursunun ilk gününü yekunlaşdırdıq
6 İyul 2022

Gənclər təşkilatlarının PR menecerləri üçün təlim kursunun ilk gününü yekunlaşdırdıq.
Qeyd edək ki, ilk gün NAYORA-nın PR meneceri Aygün Kərimova proqram haqqında ümumi məlumat verərək açılış mərasimini etmiş, daha sonra NAYORA-nın Üzv təşkilatlarla iş üzrə katibi Jalə Həsənovanın moderatorluğu ilə iştirakçıların şəbəkələşməsi üçün “Networking event” sessiyası baş tutub.
Günün ikinci yarısı Səmayə Məmmədovanın “Gənclər Təşkilatlarında PR işinin düzgün qurulması” mövzusunda təlimi keçirilib. Davamında isə vörkşopu baş tutmuşdur.
Günün sonuna doğru NAYORA-nın sədri Azər Əliyev tərəfindən iştirakçılara Gənclər təşkilatlarının PR sahəsində SWOT analizi vörkşopu keçirilib.
Məlumat üçün vurğulayaq ki, 40-dan çox gənclər təşkilatının PR menecerlərinin iştirak etdiyi proqram AR Gənclər Fondunun dəstəyi ilə NAYORA tərəfindən həyata keçirilir.