Gənclər təşkilatlarının qanvermə aksiyası keçirilib

28 Aprel 2023

Gənclər təşkilatlarının qanvermə aksiyası keçirilib

28 aprel, 2023-cü il - bu gün Akademik Zərifə Əliyevanın anadan olmasının 100 ili tamam olur.

Bu münasibətlə gənclər təşkilatının rəhbər və nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev İli” çərçivəsində Milli Hematologiya və Transfuziologiya institutunun Mərkəzi Qan Bankında qanvermə aksiyası keçirilib.

Proses zamanı Qan Bankının həkim briqadası tərəfindən qan vermək istəyən şəxslərin sağlamlıq durumları qiymətləndirilib və bundan sonra yalnız uyğun olan donorların qanvermə aksiyasında iştirakına icazə verilib.

Qeyd edək ki, aksiya AR Gənclər Fondunun dəstəyi ilə, NAYORA və Qan Donorları Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.