Gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə #Birlikdə AZƏRTAC-a infotur edib, daha sonra isə görüş keçirdik

9 Oktyabr 2023

Gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə #Birlikdə AZƏRTAC-a infotur edib, daha sonra isə görüş keçirdik

 

Belə ki, ilk olaraq Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevə həsr olunmuş fotostendlərlə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqlardan ibarət muzeylə tanış olduq.

Daha sonra isə AZƏRTAC-ın Azərbaycan Dilində İnformasiya Baş Redaksiyasının Baş redaktoru Elvin Mövsümov, jurnalist və AZƏRTAC-ın PR meneceri Həsrət Mahmudova ilə görüş baş tutdu. Görüş zamanı informasiya təhlükəsizliyi, xəbər buraxılışı prinsipləri, məlumatların doğruluğunun yoxlanılması və bu kimi məsələlər ətrafında müzakirələr aparılıb.