Gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün vörkşoplar keçirilib

8 May 2023

Gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün vörkşoplar keçirilib

 

Belə ki, İdarə Heyətimizin üzvləri Nail Şükürov və Dinara Bayramova tərəfindən “Gənclər təşkilatlarında səmərəli idarəetmə: mövcud imkanlar və çətinliklər”, Sağlam Düşüncə Gənclər Təşkilatının həmtəsisçisi Ramiz Əliyev və təşkilatın sədri Sevinc Qasımova tərəfindən isə “Erasmus+Youth və European Solidarity Crops, təşkilatlar tərəfindən akreditasiyanın əldə olunması” mövzularında vörkşoplar baş tutub.

Qeyd edək ki, hər iki vörkşop interaktiv formada keçmiş, iştirakçılar qruplara bölünərək təqdimatlar hazırlamışlar.

Tədbirlər AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclər paytaxtı Mingəçevirdə keçirilir.