Gənclər Təşkilatlarının Strateji Planlaşdırma düşərgəsi keçiriləcək

20 May 2023

Gənclər Təşkilatlarının Strateji Planlaşdırma düşərgəsi keçiriləcək

Son müraciət tarixi: 27 May 2023

MÜRACİƏT ET

Dəyərli gənclər təşkilatlarının rəhbər və nümayəndələri,

31 may - 5 iyun tarixlərində Şəki şəhərində Gənclər Təşkilatlarının Strateji Planlaşdırma düşərgəsi keçiriləcək.

Gənclər təşkilatının rəhbər və nümayəndələrinin iştirakı ilə keçiriləcək düşərgə strateji planlama istiqamətində müxtəlif təlim, infosessiya və vörkşopları özündə cəmləşdirəcək.

Düşərgə AR Gənclər və İdman Nazirliyinin dəstəyi, AR Gənclər Fondunun tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə baş tutacaq.

Qeyd: Layihədə iştirak üçün son müraciət tarixi 27 may, 23:59-dur.