Gənclər Təşkilatlarının V Konqresinə qeydiyyat başladı
25 Noyabr 2022

Son müraciət tarixi: 6 Dekabr 2022
Gənclər Təşkilatlarının nəzərinə!
Gənclər Təşkilatlarının V Konqresinə qeydiyyat başladı!
8-10 dekabr, 2022-ci il tarixlərində Gənclər Paytaxtı Tovuz şəhərində Gənclər Təşkilatlarının V Konqresi təşkil olunacaq. Konqres Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Konqresdə dövlət rəsmiləri və gənclər təşkilatlarının rəhbər şəxslərinin iştirakı nəzərdə tutulub.
Artıq 5-ci dəfədir ki, təşkil edilən Konqres gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarəedilməsi sahəsində yeni mexanizimlərin yaradılmasını təmin etmək məqsədi ilə baş tutacaq.
Qeyd: Konqresdə ancaq gənclər təşkilatlarının rəhbərləri iştirak edə bilər.