Gənclər təşkilatlarının yay düşərgəsinin dördüncü gününü yekunlaşdırdıq

21 Avqust 2022

Gənclər təşkilatlarının yay düşərgəsinin dördüncü gününü yekunlaşdırdıq

Gənclər təşkilatlarının yay düşərgəsinin dördüncü gününü yekunlaşdırdıq. 🤩

Proqram səhər enercayzeri ilə başlayıb, daha sonra NAYORA-nın sədr müavini Ülviyyə Axundova və İdarə Heyətinin üzvü Nigar Ələsgərovanın iştirakı ilə Gənclər Təşkilatlarının gəncləri öz fəaliyyətlərinə cəlb etməkdə yeni

çağırışlar, problemlər və həll təklifləri mövzusunda "Youth Talks" baş tutub.

Günün ikinci yarısına doğru Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovla "Təhsildə effektiv qərarvermə və liderlik" mövzusunda təhsil treki keçirilib.

Daha sonra isə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu və Göygöl rayon YAP sədri Vüqar İsayevin iştirakçılarla qısa görüşü keçirilmişdir.

Qeyd edək ki, günün sonuna doğru isə gənclər təşkilatlarının sərgisi və infosessiya baş tutub. Bunun sayəsində təşkilat nümayəndələri təmsil etdikləri qurumu digər təşkilatlara ətraflı tanıtmaq şansı əldə ediblər.