Gənclər təşkilatlarının yay düşərgəsinin üçüncü gününü yekunlaşdırdıq

21 Avqust 2022

Gənclər təşkilatlarının yay düşərgəsinin üçüncü gününü yekunlaşdırdıq

Gənclər təşkilatlarının yay düşərgəsinin üçüncü gününü geridə qoyduq. 🤩

Proqramın üçüncü günü Milli Məclisin deputatı Naqif Həmzəyevin “Azərbaycan Gəncliyi Dövlət Proqramı: əldə olunan uğurlar və yeniimkanlar”mövzusunda görüşü ilə başlayıb. Daha sonra GİKM-in baş direktoru Ramtiq Alızadənin iştirakı ilə karyera treki baş tutub.

Günün ikinci yarısı AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin icraçı direktoru Aygün Əliyevanın iştirakı ilə “Sağlam gəncliyin yetişməsində vətəndaş cəmiyyətiinstitutlarının rolu”mövzusunda müzakirə sessiyası keçirilib.

Gün sonuna doğru isə iştirakçıların asudə vaxtlarının səmərəli dəyərləndirilməsi məqsədi ilə İdarə heyətinin üzvü Azad Manaflının rəhbərliyi ilə intellektual oyun keçirilib, Göygöl Gənclər Evinə, həmçinin Göygöl və Maralgöl ərazisində infotur edilib.