Gənclər təşkilatlarının yay təcrübə məktəbi layihəsini uğurla yekunlaşdırdıq
22 Avqust 2022

Gənclər təşkilatlarının yay təcrübə məktəbi layihəsini uğurla yekunlaşdırdıq.
Qeyd edək ki, proqramın son günü NAYORA-nın MNTK üzvü Rəsul Quliyevin moderatorluğu, NAYORA-nın Baş katibi Ramin Həbibzadənin və İdarə Heyətinin üzvü Orduxan Qəhrəmanzadənin spikerliyi ilə panel müzakirəsi baş tutub.
Daha sonra Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyinin sədri İlyas İsmayıllının “Gənclər Təşkilatlarında Könüllülük fəaliyyəti” mövzusunda Case-study, ardınca isə qrup işlərinin təqdimatı keçirilib.
Günün sonuna doğru NAYORA-nın sədri Azər Əliyev və düşərgənin moderatoru Fəxri Məhəmmədzadənin iştirakı ilə sonuncu təlim keçirilmiş, həmçinin istər düşərgə, istərsə də ümumi gənclər təşkilatları ilə bağlı iştirakçıların fikirləri və təqdimatları dinlənilmişdir.
Məlumat üçün vurğulayaq ki, günün sonunda düşərgənin bağlanış mərasimi keçirilmiş, qalib komandalara və aktivliyi ilə seçilən gənclərə mükafatlar verilmişdir.