Gənclər və İdman naziri cənab Fərid Qayıbov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin Çay Məclisində təşkilat rəhbərləri ilə görüşüb
23 Dekabr 2022

Gənclər və İdman naziri cənab Fərid Qayıbov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin Çay Məclisində təşkilat rəhbərləri ilə görüşüb.
Görüşdə ilk olaraq Milli Şuranın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək bu il ikincisi keçirilən Çay Məclisinin əsas məqsədinin gənclər təşkilatlarını maraqlandıran mövzular, fəaliyyət istiqamətləri və planların müzakirəsi olduğunu bildirib.
Daha sonra cənab nazir Fərid Qayıbov gənclər təşkilatlarının fəaliyyət standartları, gənclərin və gənclər təşkilatlarının qarşılaşdığı çətinliklər, onların həlli yolları, beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi, regionlarda fəaliyyət, uzunmüddətli və daha təsirli layihələrin icrası barədə gənclərlə fikir mübadiləsi aparıb, ünvanlanan sualları cavablandırıb.
Görüşdə gənclər təşkilatları tərəfindən qaldırılan məsələlərin həllinə dair yol xəritəsinin hazırlanması üçün işçi qruplarının yaradılması qərara alınıb.