Gənclər və İdman naziri cənab Fərid Qayıbovla işçi qruplarının üzvlərinin görüşü keçirilib
19 Aprel 2023

18 aprel tarixində Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbovla işçi qruplarının üzvlərinin görüşü keçirilib.
Görüş zamanı NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək işçi qrupları, onların üzvləri və fəaliyyətləri haqqında ümumi məlumat verib.
Proqrama uyğun olaraq işçi qrupunun üzvləri tərəfindən təqdimatlar edilib və irəli sürülən təkliflər müzakirə olunaraq bir sıra nəticələrə gəlinib.
Görüş zamanı növbəti mərhələlərdə mütəmadi olaraq işçi qruplarının üzvləri ilə birlikdə müzakirələrin aparılması, təkliflərin səsləndirilməsi, həmçinin problemlərin həlli istiqamətində addımların atılması qərara alınıb.
Qeyd edək ki, işçi qrupları AR Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə NAYORA-nın nəzdində yaradılıb.