Gənclər və İdman naziri Fərid Qayıbov bu il ölkəmizi beynəlxalq tədbirlərdə təmsil etmiş gənclərlin görüşü keçirilib
7 Aprel 2023

Aprelin 6-da Gənclər və İdman naziri Fərid Qayıbov bu il ölkəmizi beynəlxalq tədbirlərdə təmsil etmiş gənclərlə görüşüb.
Qeyd edək ki, görüşdə nazir gəncləri öz sahələrində qazandıqları uğurlar münasibətilə təbrik edib və iştirak etdikləri tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Görüşdə NAYORA-nın sədri Azər Əliyev, Beynəlxalq əlaqələr, Layihələr üzrə katibi Fatimə Əsədova və tərəfimizdən beynəlxalq layihələrdə iştirak üçün göndərilən Gənc elçimiz Azər Seyidli, Həkim və Təbib Tələbələr İctimai Birliyinin sədri Aqil Vəlizadə, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov da iştirak ediblər.
Vurğulanıb ki, yanvar-mart ayları ərzində Azərbaycan gəncləri 12 ölkədə keçirilmiş 18 beynəlxalq tədbirdə ölkəmizi təmsil ediblər.