Gənclər və İdman naziri Fərid Qayıbovun gənclər sahəsində işçi qrupların üzvləri ilə növbəti görüşü baş tutub
26 Aprel 2023

Aprelin 25-də Gənclər və İdman naziri Fərid Qayıbovun gənclər sahəsində işçi qrupların üzvləri ilə növbəti görüşü baş tutub.
Görüş zamanı növbəti mərhələlərdə mütəmadi olaraq işçi qruplarının üzvləri ilə birlikdə müzakirələrin aparılması, təkliflərin ümumilləşdirilməsi, həmçinin problemlərin həlli istiqamətində konkret addımların atılması qərara alınıb.
Növbəti görüşlərin isə cari ilin may ayında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, işçi qrupları AR Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə NAYORA-nın nəzdində yaradılıb.