“Gənclər vətənpərvərlik ruhunda” layihəsinin ikinci təlimi keçirilib
24 Fevral 2023
“Gənclər vətənpərvərlik ruhunda” layihəsinin ikinci təlimi keçirilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təlim zamanı “Heydər Əliyevin gənc nəslin vətənpərvər ruhda yetişməsində rolu" mövzusunda iştirakçılarla müzakirələr aparılıb.
Layihənin məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması və təbliği istiqamətində maarifləndirmə fəaliyyətlərinin təşkilindən ibarətdir.
Bundan sonra daha 1 təlimin keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi -2.0” proqramı çərçivəsində Gənc Vətənpərvərlər İctimai Birliyi tərəfindən həyata keçirilir.