“Gənclər vətənpərvərlik ruhunda” layihəsinin ilk təlimi keçirilib

13 Fevral 2023

“Gənclər vətənpərvərlik ruhunda” layihəsinin ilk təlimi keçirilib

“Gənclər vətənpərvərlik ruhunda” layihəsinin ilk təlimi keçirilib.

Layihənin məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması və təbliği istiqamətində maarifləndirmə fəaliyyətlərinin təşkilindən ibarətdir.

Bundan sonra daha 2 təlimin keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi -2.0” proqramı çərçivəsində Gənc Vətənpərvərlər İctimai Birliyi tərəfindən həyata keçirilir.