“Gənclər vətənpərvərlik ruhunda” layihəsinin sonuncu təlimi keçirilib
6 Mart 2023
“Gənclər vətənpərvərlik ruhunda” layihəsinin sonuncu təlimi keçirilib və bununlada layihə yekunlaşıb.
Layihənin məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması və təbliği istiqamətində maarifləndirmə fəaliyyətlərinin təşkilindən ibarət olub.
Qeyd edək ki, 3 təlimdən ibarət olan layihə AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi -2.0” proqramı çərçivəsində Gənc Vətənpərvərlər İctimai Birliyi tərəfindən həyata keçirilib.