Gənclərin İşə Hazırlıq proqramı çərçivəsində görüş keçirilib
26 May 2023

24 may tarixində Gənclərin İşə Hazırlıq proqramı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr edilmiş Gənclərin Peşəkarlar ilə görüşü keçirildi.
Görüş bir-birindən interaktiv təqdimatlar və yadda qalan uğur hekayələri ilə bütün iştirakçıların marağına səbəb olub.
Qeyd edək ki, proqram AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın tərəfdaşlığı, Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub və tədbirdə NAYORA-nın Baş katibi Ramin Həbibzadə də çıxış edərək öz fikirlərini iştirakçılarla bölüşüb.